Yaponiya kosmosa "SLIM" aparatını buraxdı

Yaponiya kosmosa "SLIM" aparatını buraxdı
DÜNYA
15:14 08.09.2023
221
Yaponiya Kosmik Tədqiqatlar Agentliyinə (JAXA) məxsus "SLIM" Ay eniş aparatını daşıyan H2A raketi kosmosa buraxılıb.

AZXEBER.COM xəbər verir ki, Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) Aya dəqiq eniş texnologiyalarını sınaqdan keçirmək üçün kosmosa "SLIM” adlı eniş aparatını buraxıb.

"SLIM” Mitsubishi Electric tərəfindən istehsal olunan hündürlüyü 2,4 metr, eni 2,7 metr və çəkisi 700 kiloqram olan eniş qurğusudur. 

Ayın səthinə yumşaq eniş üçün nəzərdə tutulan bu vasitənin inkişafı kosmik gəmilərin Aya təhlükəsiz enişini təmin etmək üçün mühüm addım kimi qiymətləndirilir.

"SLIM” Ayın orbitinə girməzdən əvvəl təxminən 3 ay davam edəcək bir səyahətə çıxacaq. Orbitə daxil olduqdan sonra Ayın səthinə enmək üçün lazım olan son hazırlıqları tamamlayacaq. "SLIM”in Ay səthinə enməsi təxminən 4-6 ay ərzində baş verəcək.

Gülay
OXŞAR XƏBƏRLƏR