Yaponiya Rusiya konsulunu persona-non-qrata elan etdi

Yaponiya Rusiya konsulunu persona-non-qrata elan etdi
DÜNYA
18:20 04.10.2022
217
Yaponiya hökuməti Xokkaydo prefekturasının Sapporo şəhərindəki Rusiya Baş Konsulluğunun əməkdaşını persona-non qrata (arzuedilməz şəxs) elan edərək ölkədən çıxarır.

Bu barədə Yaponiyanın xarici işlər naziri Yosimas Xayasi oktyabrın 4-də keçirdiyi növbədənkənar mətbuat konfransında bildirib.

O, bu addımın Rusiyanın Vladivostok şəhərindəki Yaponiya Baş Konsulluğu konsulunun persona-non-qrata elan olunmasına cavab tədbiri kimi atıldığını bildirib. Nazirin sözlərinə görə, Rusiya diplomatının Yaponiya ərazisini tərk etməsi üçün oktyabrın 10-dək vaxt verilib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostok şəhərindəki konsulu Motoki Tatsunorini arzuedilməz şəxs elan etmişdi. Yaponiyalı diplomat artıq Rusiyanı tərk edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR