Yaponiya hökuməti Rusiyanın Ukraynaya hücumlarına dəstək verən Çin də daxil olmaqla 5 ölkədə yerləşən bəzi təşkilatlara sanksiya tətbiq edəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, baş nazir Kişida Fumio kabineti Rusiyanın Ukraynaya hücumlarını dəstəkləyən təşkilatlara ticarət məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
Açıqlamada Çin də daxil olmaqla 5 ölkədəki bəzi təşkilatların Rusiyanın hücumlarla bağlı cəza tədbirlərindən qaçmasına kömək etdikləri səbəbiylə sanksiya siyahısına daxil edildiyi bildirilib.
Açıqlamada Hindistan, Özbəkistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində yerləşən təşkilatların aktivlərinin dondurulması və ixrac qadağası da daxil olmaqla, iqtisadi sanksiyalara məruz qalacağı vurğulanıb.
Ayşən