Yaponiya Türkiyənin Qarabağ və Ukraynada özünü doğrultmuş PUA-larını sınaqdan keçirəcək

Yaponiya Türkiyənin Qarabağ və Ukraynada özünü doğrultmuş PUA-larını sınaqdan keçirəcək
DÜNYA
19:42 07.04.2023
278
Yaponiya "Bayraktar TB2” PUA-larını sınaqdan keçirəcək.

Bu barədə "CNN Türk” məlumat yayıb.

Bildirilib ki, texnologiya sahəsində lider dövlətlərdən biri olan Yaponiyanın Türkiyədə istehsal edilən PUA-lara marağı artıb.

Məlumatda Qarabağ və Ukraynadakı müharibədə "Bayraktar TB2”nin uğurlarının Yaponiyanın diqqətini çəkdiyi qeyd edilib.

Sınaqların uğurlu olacağı təqdirdə Yaponiyanın Türkiyədən xeyli sayda PUA alacağı və "Baykar” şirkəti ilə fəal əməkdaşlığa başlayacağı vurğulanıb.

Qeyd edək ki, "Bayraktar” İkinci Qarabağ müharibəsində öz imkanlarını geniş şəkildə nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR