Yaponiya və ABŞ birgə hərbi təlimlərə başlayıblar

Yaponiya və ABŞ birgə hərbi təlimlərə başlayıblar
DÜNYA
08:54 19.10.2026
163
Yaponiya və ABŞ 57 mindən çox hərbçinin iştirak etdiyi genişmiqyaslı "Keen Sword” birgə hərbi təlimlərinə başlayıblar. Manevrlər oktyabrın 29-dək davam edəcək.

Bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, təlimlərdə 45 min yapon və təxminən 12 min amerikalı hərbçi, həmçinin 300-dək təyyarə və hərbi gəmi iştirak edir. Avstraliya, Almaniya və Fransa da daxil olmaqla, daha yeddi ölkənin hərbi bölmələrinin də iştirakı nəzərdə tutulur.

Təlimlər çərçivəsində Yaponiyanın yeni, təxminən 1000 kilometr mənzilli "Type-25” mobil raket sistemləri ilk dəfə nümayiş etdiriləcək. Həmçinin ABŞ-nin pilotsuz və alçaqdan uçan hədəflərlə mübarizə üçün nəzərdə tutulan NMESIS və MADIS sistemləri Yonaquni adasında yerləşdiriləcək.

Manevrlər zamanı hava və ballistik raket hücumlarının dəf edilməsi, paraşüt və amfibiya desantlarının çıxarılması, yaralıların təxliyəsi, eləcə də kosmos və kiberməkanda əməliyyatlar üzrə təlimlər keçiriləcək.

Qeyd edək ki, "Keen Sword” təlimləri iki ildən bir təşkil olunur.
 
///azərtac///
OXŞAR XƏBƏRLƏR