Yaponiyada "Kanun” qasırğasının ölkənin cənub bölgələrinə yaxınlaşması ilə əlaqədar ən azı 264 aviareys təxirə salınıb.
AZXEBER.COM xəbər verir ki, məlumata görə, uçuş cədvəlində dəyişikliklər, əsasən, turistlər arasında populyar olan Okinava prefekturasından, eləcə də cənub-qərbdəki Kyuşu adasındakı Kaqosimadan keçən marşrutlarda olub.
Meteoroloqların proqnozlarına görə, bu rayonlarda küləyin sürəti 25-40 m/s-ə çata bilər. Həmçinin güclü yağış gözlənilir. Yaxın günlərdə orada 100 mm-dən çox yağıntı düşə bilər.
Gülay