Yaponiyada 36 nəfərin ölümündə təqsirli bilinən şəxs edam olunacaq

Yaponiyada 36 nəfərin ölümündə təqsirli bilinən şəxs edam olunacaq
DÜNYA
10:22 25.01.2024
154
Yaponiyanın Kyoto Rayon Məhkəməsi 45 yaşlı Sindzi Aobu 2019-cu ilin iyul ayında "Kyoto Animation” animasiya studiyasını yandırmaqda təqsirli bilərək barəsində ölüm hökmü qərarı çıxarıb.
 
Məhkəmənin qərarına əsasən, o, hərəkətlərini şüurlu şəkildə həyata keçirib.

Qeyd edək ki, 2019-cu il iyulun 18-də "Kyoto Animation” studiyasına 20 litr benzinlə daxil olan S.Aob oranı yandırıb. Nəticədə 36 nəfər ölüb, 33 nəfər isə yaralanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR