Yaponiyada 6 bal gücündə zəlzələ oldu

Yaponiyada 6 bal gücündə zəlzələ oldu
DÜNYA
11:46 05.05.2023
209
Yaponiyanın Uozu şəhərində 6.3 bal gücündə zəlzələ baş verib.
   
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Zəlzələ yerli vaxtla saat 14:42-də baş verib.

Dərinlik 60 kilometrdə qeydə alınıb.

Bölgədə sunami xəbərdarlığı edilməyib.

Şiddətli silkələnmə bütün sahilyanı İşikava ştatında, xüsusən də Vacima və Suzu şəhərlərində hiss olunub.

NHK Dövlət Televiziyasının məlumatına görə, zəlzələ Yaponiya dənizi (Şərq dənizi) sahillərindəki Niiqata, Toyama və Fukui şəhərlərində də hiss olunub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR