Yaponiyanın Miyakojima adasının sahillərində 5,9 bal gücündə zəlzələnin baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bundan əlavə Çiba əyalətində də 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələnin Miyakojima adasından 64 kilometr cənubda, təxminən 25 kilometr dərinlikdə, eyni bölgədə isə 4,8 bal gücündə daha bir artçı təkan meydana gəldiyi bildirilib.
Son zəlzələdə maddi və ya can itkisi olmadığı bildirilərkən, Çiba əyalətində baş verən zəlzələdə 4 nəfər yüngül xəsarət alıb.
Mikayıl