Yaponiyada ayı yaşlı kişiyə hücum etdi

Yaponiyada ayı yaşlı kişiyə hücum etdi
DÜNYA
12:24 28.11.2025
71
Yaponiyada 69 yaşlı kişi ayının hücumuna məruz qalıb.
 
AZXEBER.COM xəbər verir ki, Qunma prefekturasının Numata şəhərində 69 yaşlı kişi qatar stansiyasının yaxınlığında ayının hücumuna məruz qalıb.

O, ayı ilə mübarizə aparıb və yüksək səslər çıxararaq onu qovmağı bacarıb, lakin sağ ayağından yüngül xəsarətlər alıb.

Hücum yerinin yaxınlığında patrul xidməti aparan polis sakinləri mütləq zərurət olmadığı təqdirdə çölə çıxmamaq barədə xəbərdar edib.

Qeyd edək ki, Numata şəhərində 8 oktyabrda ayının bazara girməsi nəticəsində iki nəfər yaralanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR