Yaponiyada baş verən zəlzələdə yaralananların sayı artdı

DÜNYA
12:11 09.08.2024
128
Yaponiyada dünən baş verən 7,1 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı artıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin Yanğın və Fəlakətlərin İdarə Edilməsi Departamentindən əldə edilən məlumata görə, zəlzələ zamanı Miyazaki, Kaqosima və Kumamoto prefekturalarında yaşayan 13 nəfərin xəsarət aldığı bildirilir.
 
Bəzi magistral yollarda və evlərdə maddi ziyan meydana gəldiyi bildirilərkən, zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, Yaponiyanın baş naziri Fumio Kişida bu gün zəlzələ ilə əlaqədar Mərkəzi Asiyaya əvvəldən planlaşdırdığı səfərini ləğv etdiyini bildirib. 
OXŞAR XƏBƏRLƏR