Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələdə ölənlərin sayı 35 nəfərə çatıb.
Bu barədə AZXEBER.COM NHK telekanalına istinadən xəbər verir. Xəbərdə bildirilir ki, təbii hadisə zamanı daha 640 nəfər xəsarət alıb. Hazırda 3 nəfər itkin düşmüş sayılır. Qeyd edək ki, zəlzələ 6,7 bal gücündə qeydə alınıb.