Yaponiyada bir evdə 100-dən çox ölü pişik tapıldı

Yaponiyada bir evdə 100-dən çox ölü pişik tapıldı
DÜNYA
16:03 04.06.2025
411
Heyvanları qorumaq üçün könüllü olan qadının evində 100-dən çox ölü pişik tapılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto şəhərində baş verib.
 
Belə ki, Yaponiyada bir cütlük heyvanlara kömək etməyi hədəfləyən könüllülərdən ibarət "Animal Assist Senju" adlı qrupun üzvü olan qadına əmanət etdikləri pişiyinin öldüyünü öyrənib.
 
Cütlüyün şikayətindən sonra "Animal Assist Senju" qrupunun üzvləri polisin müşayiəti ilə qadının evinə daxil olublar.

Evə daxil olan qrup zibil, sidik və nəcislə dolu olan evin içərisində 100-dən çox ölü pişik tapdıqlarını bildirib.

Evin sahibi olan qadın rəsmilərə bu vəziyyətin necə baş verdiyindən xəbərinin olmadığını bildirib.

"Animal Assist Senju" qrupu vəziyyətdən xəbərsiz olduqları üçün sosial media hesablarında üzr istəyib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR