Yaponiyada dağın mənzərəsini pozduğu üçün evlər söküləcək

Yaponiyada dağın mənzərəsini pozduğu üçün evlər söküləcək
DÜNYA
15:50 11.06.2024
158
Yaponiyada yaşayış binası Fuji dağının mənzərələrini kəsdiyi üçün söküləcək. 

AZXEBER.COM xəbər verir ki, Sekisui House şirkətinin açıqlamasına görə, Tokionun Kunitaçi rayonunda 18 mənzilli 10 mərtəbəli yaşayış binası sakinlərin Fuji dağına baxışını əngəlləyib. 

Mənzilin qiyməti 446 min dollar olub. 

Şirkətdən verilən açıqlamada bildirilib:

"Baxışa dəyər verən mədəniyyətdən xəbərdar idik, lakin bunu kifayət qədər nəzərə almadıq. Müqavilə tərəflərindən də üzr istəyirik”.

Sekisui House Kunitaçi Bələdiyyəsinə tikintinin söküləcəyi və söküntü xərclərini ödəyəcəyi barədə məlumat verib.

Məryəm
OXŞAR XƏBƏRLƏR