Yaponiyada şiddətli yağışlar səbəbiylə Çiba əyalətinin bir çox bölgəsində daşqınlar yaşanarkən, ən az 112 min insana təxliyə xəbərdarlığı edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Şanşan” qasırğasından sonra güclü yağışlar yaranan leysan həyata mənfi təsir göstərib.
Tokio yaxınlığındakı Çiba prefekturasının müxtəlif yerlərində daşqınlar baş verərkən, piyadalar və avtomobillər yollarda hərəkət etməkdə çətinlik çəkib.
Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, Çiba əyalətində ən azı 112 min insana təxliyə xəbərdarlığı edilib və qatarların hərəkətində fasilələr yaranıb.
Yaponiya Meteorologiya İdarəsi (JMA) sabaha qədər Tokio, Kanagava, Çiba, Saitama, İbaraki, Toçiqi, Qunma, Yamanaşi, Naqano və Niiqata əyalətlərində güclü yağışların təsirli olacağı barədə xəbərdarlıq edərək, sürüşmə və daşqınlara qarşı diqqətli olmağa çağırıb.
Daşqın və sürüşmə nəticəsində 8 nəfər həyatını itirib
Gülay