Yaponiyada güclü zəlzələ oldu

DÜNYA
20:20 30.11.2024
234
Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 34,3 min nəfərin yaşadığı Hirara şəhərindən 93 km şimal-şərqdə olub. Zəlzələ 40 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

OXŞAR XƏBƏRLƏR