Yaponiyada yerləşən Fuji dağında aparılan axtarışlar nəticəsində 3 alpinistin cəsədi tapılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin "Kyodo" xəbər agentliyi məlumat yayıb.
Belə ki, polis alpinistlərin itkin düşməsi barədə xəbəri alandan sonra axtarış tədbirlərinə başlayıb.
Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və hündürlüyü 3776 metr olan Fuji dağı Yaponiyanın milli simvollarından biri kimi seçilir.
Mikayıl