Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir
DÜNYA
13:46 16.08.2020
895
Yaponiyada COVID-19 virusuna yoluxanların sayı artmaqda davam edir.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, son sutka ərzində bu ölkədə 1232 yeni yoluxma halı qeydə alınıb.

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin yaydığı məlumat görə, ümumilikdə koronavirusa yoluxanların sayı 55 min 905 nəfərə çatıb. Virusun yaratdığı xəstəlikdən həyatını itirənlərin sayı isə 1106 nəfər olub. Daha 229 nəfərin ağır vəziyyətdə olduğu bildirilir.

Son məlumatlara görə, sağalaraq xəstəxanaları tərk edənlərin sayı isə 39 min 659 nəfərdir.
OXŞAR XƏBƏRLƏR