Yaponiyada quş qripi aşkarlandı

Yaponiyada quş qripi aşkarlandı
DÜNYA
13:06 22.10.2025
57
Yaponiyanın Hokkaido əyalətinin Shiraoi şəhərində yerləşən bir toyuq fermasında quş qripi epidemiyası qeydə alınıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünən fermadakı bəzi toyuqların şübhəli şəkildə ölməsi ilə bağlı test aparılıb.

Bu gün nəticələri açıqlayan Hokkaido qubernatoru bildirib ki, fermada yüksək yoluxuculuğa malik H5 varyantı aşkar edilib. Epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə fermadakı təxminən 460 min toyuq məhv ediləcək.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR