Yaponiyanın Baş naziri Siqeru İsiba istefa vermək niyyətindədir.
AZXEBER.COM Oxu.Aza istinadən xəbər verir ki, baş nazir bu qərarı rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında (LDP) parçalanmaya yol verməmək üçün verib.
Bazar ertəsi partiya sədrliyinə növbədənkənar seçkinin keçirilməsi məsələsi üzrə LDP-nin bütün indiki deputatları və rayon partiya təşkilatlarının nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə yekun vurulmalı idi.
Qeyd edək ki, iyulda keçirilən parlament seçkisindəki uğursuzluqdan sonra partiyada bir çoxları İsibanın istefasını tələb ediblər.