Yaponiyada təyyarə qəzası - 3 nəfər öldü

Yaponiyada təyyarə qəzası - 3 nəfər öldü
DÜNYA
13:50 18.11.2025
87
Yaponiyanın Fukuoka prefekturası üzərindən uçan tək mühərrikli pərvanəli təyyarə dağlıq əraziyə çırpılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın Fukuoka prefekturasında mülki aviasiya qəzası baş verib.
 
Yerli vaxtla saat 10:13 radələrində Saqa hava limanından yola düşən və Osakadakı Yao hava limanına gedən Cirrus SR20 tək mühərrikli pərvanəli təyyarəsi saat 10:29 radələrində Fukuoka prefekturası yaxınlığındakı dağlıq ərazidə naməlum səbəblərdən qəzaya uğrayıb.
 
Şahidlər hadisə yerinə xəbər veriblər və hadisə yerinə çoxsaylı yanğınsöndürənlər, təcili yardım işçiləri və axtarış-xilasetmə qrupları göndərilib. Üç nəfərin olduğu təyyarənin qalıqlarını tapmaq üçün axtarış-xilasetmə əməliyyatı başlayıb.

Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin tələbi ilə hadisə yerinə Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) U-125 axtarış-xilasetmə təyyarəsi göndərilib.
 
Üç nəfər huşsuz vəziyyətdə tapılıb və daha sonra öldüyü təsdiqlənib.

Qəzanın səbəbini müəyyən etmək üçün ətraflı araşdırma başlanılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR