Yaponiyada uçan taksilər sınaqdan keçirilir

Yaponiyada uçan taksilər sınaqdan keçirilir
DÜNYA
18:18 26.02.2026
329
Yaponiyanın "SkyDrive Inc." startapı sərnişin daşınması üçün nəzərdə tutulan pilotsuz uçuş aparatının ilk nümayiş xarakterli uçuşunu həyata keçirib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, uzaqdan idarə olunan "SD-05" innovativ nəqliyyat vasitəsi "Mitsubishi Estate Co. və Kanematsu Corp." şirkətləri tərəfindən hazırlanıb. Aparat ilk uzaqdan idarə olunan uçuşunu Tokio körfəzi üzərində həyata keçirib. Uçuş təxminən dəqiqə yarım davam edib və aparat təxminən 150 metr məsafə qət edib.

"SD-05" pilotsuz aparatı 12 daşıyıcı vint və akkumulyator batareyaları ilə təchiz olunub. Bu xüsusiyyətlər sayəsində o, 15-40 kilometr məsafə qət edə bilir. Nəqliyyat vasitəsi üç nəfərin daşınması üçün nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR