Yaponiyada uşaqların sayı azalır

Yaponiyada uşaqların sayı azalır
DÜNYA
11:59 06.05.2025
290
Yaponiyada uşaqların sayının azalması 44 ildir ki, fasiləsiz olaraq davam edir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, 1 aprel 2025-ci il tarixinə 14 və ondan aşağı yaşda olan uşaqların sayı 13 milyon 660 min nəfərə qədər azalıb.
 
Bu rəqəmin ötən illə müqayisədə 350 min nəfər az olduğu qeyd edilib.
 
Ölkədə uşaq sayının azalmasının 44 ildir ki, fasiləsiz olaraq davam etdiyi, Yaponiyada uşaqların ümumi əhalinin cəmi 11,1 faizini təşkil etdiyi bildirilib.

Mütəxəssislərin fikrincə, bir ölkənin əhalisini saxlaması üçün qadına düşən doğum əmsalı 2,1 olmalıdır.
 
Lakin Yaponiyada bu nisbət uzun müddətdir ki, 1,3 civarındadır. Bu vəziyyət doğumların sayının ölənlərin sayından xeyli aşağı qalmasına səbəb olur.
 
Doğum nisbətlərinin azalması və əhalinin qocalmasının əmək bazarına, sosial təminat sisteminə və qayğı xidmətlərinə təzyiq göstərdiyi, boşanmaların artdığı halda evlilik nisbətlərinin sabit qaldığı vurğulanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR