Yaponiyanı vuran "Şanşan” qasırğasında ölənlərin sayı 6-ya çatıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanı vuran "Şanşan” qasırğası nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 110-a yüksəlib.
Fırtına və sel səbəbiylə ölkənin müxtəlif bölgələrində, xüsusilə Miyazaki, Kaqosima, Naqasaki, Kumamoto, Oita, Fukuoka və Saqa əyalətlərində təxminən 131 min ev zərər görüb.