Yaponiyadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı yoxdur - RƏSMİ

Yaponiyadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı yoxdur - RƏSMİ
SİYASƏT
10:59 18.06.2018
7104
Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Bu barədə AZXEBER.COM-a  XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.

Qeyd edək ki, ötən gün Yaponiyanın qərbində, Osaka şəhərində 6,1 baş gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb. Hadisə nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Sunami təhlükəsi elan olunmayıb.
OXŞAR XƏBƏRLƏR