Yaponiyanın baş naziri seçkiqabağı təşviqat zamanı xəsarət alıb

Yaponiyanın baş naziri seçkiqabağı təşviqat zamanı xəsarət alıb
DÜNYA
11:51 01.02.2026
389
Yaponiyanın hakim Liberal Demokrat Partiyasına rəhbərlik edən Baş nazir Sanae Takaiçi parlamentin aşağı palatasına keçiriləcək növbədənkənar seçkiqabağı təşviqat zamanı əlini zədələyib və hazırda müalicə olunur.

AZXEBER.COM bu barədə NHK telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, zədə səbəbindən Takaiçi partiya liderlərinin televiziya debatlarında iştirak edə bilməyəcək. Onu proqramda partiyanın Siyasi Şurasının rəhbərlərindən biri əvəz edir.

Xatırladaq ki, Yaponiya parlamentinin aşağı palatasına növbədənkənar seçki fevralın 8-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR