Yaponiyanın baş naziri Kişida Fumioya qatıldığı izdihamlı proqram zamanı sui-qəsd edilib.
AZXEBER.COM xəbər verir ki, Fumionun yerləşdiyi əraziyə boru tipli bomba atılıb. O anda böyük qarışıqlıq yaşanıb. Hücumun son görüntülərində Fumionun cangüdəninin peşəkarcasına portfeli ilə bomba atdığı, daha sonra isə baş naziri oradan uzaqlaşdırdığı görünür.
Metal boruşəkilli bomba yerə dəyərkən yüksək səs çıxarıb. Bomba 50 saniyədən sonra partlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hadisə yerində olan, 24 yaşlı şübhəli şəxsi saxlayıb.
Həmin görüntüləri təqdim edirik:
Ayşən