Yaponiyanın baş naziri İşiba Şiqeru paytaxt Tokiodakı mübahisəli Yasukuni məbədinə təntənəli ianə edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat verib.
Baş nazirliyə yaxın mənbələrə əsaslanan xəbərdə İşibanın 17-19 oktyabr tarixləri arasında davam edəcək festival çərçivəsində məbədi ziyarət etməyi planlaşdırmadığı bildirilib.
Qeyd edək ki, 1869-cu ildə tikilən məbəd 1978-ci ildə oradakı rahiblərin 14 hərbi cinayətkarı müqəddəs kimi qəbul etməsi mübahisələrə səbəb olub və həmən dövrdən tarixi tikili Yaponiyada solçuların simvolu olaraq görülüb.
Cəmalə