Yaponiyanın ən böyük şirkəti Rusiyadan neft alışını dayandırır

DÜNYA
00:03 14.05.2022
288
Yaponiyanın ən böyük neft şirkəti olan "Eneos Holdings” Rusiyadan neft almağı dayandırır. Bu barədə jurnalistlərə şirkətin rəhbəri Takeşi Saito məlumat verib.

"Biz reputasiya risklərini nəzərə alaraq (Rusiya Federasiyasından neftin) alışını dayandırırıq”, - şirkətdən bildirilib.

Məlumata görə, "Eneos” alışlarında Rusiya neftinin payı 5%-ə qədər olub. Şirkət onu bir sıra regionlardan, o cümlədən Yaxın Şərqdən gələn tədarüklərlə əvəz etmək niyyətindədir.

OXŞAR XƏBƏRLƏR