Yaponlar kameralı ayaqqabılarla ətəklərin altına baxırlar

DÜNYA
15:13 18.09.2014
3109
Belə ayaqqabının qiyməti 300 dollardır.
Yaponiyanın Kioto prefektura polisinin başı kameralar quraşdırılımış ayaqqabı sahibləri ilə dərddədir.
AZXEBER.COM Oxu.Az - a istinadn xəbər verir ki, belə ayaqqıbalrın köməyi ilə çox asan və ən əsası bildirmədən şəkil çəkmək mümkündür.
Kamera quraşdırılmış ayaqqabını almaq yapon qanunlarına görə qadağan deyil. Amma bu aqyaqqabıların satıcısı iyul ayında həbs edilib.
İndi asayiş keşikçiləri sadə vətəndaşlardan “xəfiyyə” ayaqqabılarını təhvil verməyi xahiş edir. Onlar sözün əsl mənasında evlərin qapısını döyərək “yüksək texnologiyalı” ayaqqabıdan etiraz etməyə səsləyiblər.
“Qanunsuz fotoçəkilişi dayandırmağın yolu – buna imkan verən qurğuların satışını dayandırmaqdır”, - polisdə belə hesab edirlər.
İyul ayının 1-də Kanaqava prefekturasında foto-video texnika mağazası işlədən 26 yaşlı kişi və onunla əlbirliyində olanlar saxlanılıb. Onlar “sirli ayaqqabı”nı İnternet vasitəsilə satırdılar. Saxlanılan mağaza sahibini qeyri-qanuni fəaliyyətinin hər epizodu üçün 500 min ien məbləğində cərimə ediblər.
İyul ayının 20-də Osakedə kameralı krossovkadan istifadə etməyə çalışan dövlət qulluqçusunu saxlayıblar.
O, əynində mini ətəkdə olan qızın qeyri-adi rakursdan fotosunu çəkmək istəyib. Saxlanılan şəxs krossovkaları daha öncə həbs edilmiş mağaza sahibindən aldığını bildirib.
Polisin məlumatına görə 2,5 min cüt ayaqqabı satılıb. Onların gəliri 2012-ci ildən 2014-cü ilə qədər minimum 60 milyon iendən ibarət olub.
OXŞAR XƏBƏRLƏR