Yaqub Zurufçunun ölümündən 40 gün ötür

MƏDƏNİYYƏT
16:43 24.10.2021
1242
Əməkdar artist Yaqub Zurufçunun vəfatından 40 gün ötür.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu gün tanınmış müğəninin dəfn olunduğu "Qurd qapısı" qəbiristanlığındakı məzarı ziyarət edilib. Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları və onu sevənlər iştirak ediblər. Ziyarətçilər onun haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. O, "Evləri Var Xana-Xana", "De gülüm gəlsin, ay nənə", "Dilbər" mahnıları ilə sevənlərinin ürəyinə yol tapıb.

OXŞAR XƏBƏRLƏR