Yaqub Zurufçunun vəziyyəti ağırdır.
"Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Trend-ə bildirib ki, koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.
"Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır".