Yaralı zabitlər: "Helikopter meydançaya eniş edən zaman yerə çırpıldı"

SOSİAL
17:36 01.12.2021
2630
"Noyabrın 30-da praktik atışlı təlim məşq uçuşları olmalıydı. "Səngəçal" aerodromundan "Qaraheybət" aviasiya poliqonuna getməliydik".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri "Report"a Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

Onun sözlərinə görə, helikopterlə istiqamət üzrə hərəkət edilib: "Meydançaya eniş etmək üçün manevr edəndən sonra helikopter yerə çırpılıb. Mən sərnişin kabinəsində oturmuşdum. Hadisənin tam təfərrüatı yadımda qalmayıb. Enişin yerinə yetirilməsi zamanı qəza oldu. Helikopterdə heç bir nasazlıq və başqa bir şey hiss olunmadı. Gözlərimi hospitalda olanda açmışam".

E.Cəfərov qeyd edib ki, helikopterdə heç bir məhdudiyyət aşılmamışdı: "Helikopterin desant daşıma sayı 24 nəfərdir. Sərnişin kabinəsinin girişində əyləşmişdim. Heç bir şübhəli məqam yox idi".

"Ayağımda əzik var, bir də sol qolumun bazu sümüyündə sınıq var", - o vurğulayıb.

Qəza zamanı yaralanan DSX-nin kapitanı Ramin Ədilov söyləyib ki, enişə gələn zaman birdən-birə helikopterdə idarəetmə itib: "Sürətlə yerə çırpıldıq. Heç bir kənar müdaxilə olmayıb. Helikopter birdən yerə çırpıldı. Bir də gözümü hospitalda açdım. Üzümdə xəsarət var və sol dizim də əzilib. Hazırda vəziyyətim normaldır".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:49 23.01.2022

"Şuşa" adını dəyişdirib, "Buta" etdilər - Utancverici hadisənin təfərrüatı - VİDEO

00:31 23.01.2022

Rəsmi Bakı Xankəndiyə qoşun yeridəcək: Rusiya Ermənistanın bundan xəbərdar olmasını istəyir

23:46 22.01.2022

"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib

23:35 22.01.2022

Azərbaycanda ana və azyaşlı övladları dəm qazından zəhərləndi - ölən var

23:25 22.01.2022

Azərbaycanlı musiqiçi intihar etdi

22:52 22.01.2022

Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 73 minə çatır

22:39 22.01.2022

60 yaşlı qadın intim hislərinə qurban getdi

22:23 22.01.2022

Bərdədə 32 yaşlı kişi güllələndi

22:15 22.01.2022

Azərbaycan Ordusunun hərbçisi həlak oldu

21:45 22.01.2022

Parça və tibbi maska Omikrondan qorumur, faydasızdır - Həkim

21:36 22.01.2022

Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”

21:24 22.01.2022

“Vətəndaş qəbula gəlir, baxırsan ki, ayağı yoxdur, amma..." - Əlillikdən imtina ilə bağlı suallara cavab

20:59 22.01.2022

Çin lideri Putindən Ukraynaya “hücum”u təxirə salmasını istədi

20:50 22.01.2022

Azərbaycanlı tiktokerlər arasında canlı yayımda qalmaqal - VİDEO

20:39 22.01.2022

Gözəllik salonlarında xanımlara narkotik vasitə təklif edilir? - AÇIQLAMA

20:11 22.01.2022

DİN-dən həyəcan təbili: narkotiki əvvəlcə pulsuz təklif edirlər, sonra...