ABŞ-ın Kolorado ştatından olan 30 yaşlı Adam Hirtl öz axmaqlığı üzündən həbsə düşüb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Adam bilərəkdən odlu silahla özünü vurub.
Polisə verdiyi ifadədə bildirib ki, hər zaman ona maraqlı olub, odlu silahdan açılan atəşdən yaralanan insan hansı ağrıları çəkir. Amerikalı həmin hissi yaşamaq üçün həyətdəki qaraja girərək silahdan ayağına atəş açıb.
Güllə səsini eşidən qonşular polisə məlumat veriblər.