“YARAT!” Müasir İncəsənət Məkanı “İçərişəhər” layihəsini təqdim edib

MƏDƏNİYYƏT
15:40 29.10.2013
1573

İçərişəhərdə yerləşən “Natəvan” Qalereyasında Oksana Yuşko və Artur Bondarın rəhbərliyi altında sənədli fotoqrafiya üzrə ustad dərslərinin iştirakçılarının birgə sərgisi açılıb.

AZXEBER.COM xəbər verir ki, layihə “YARAT!” Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində işlənib hazırlanaraq Gənclər və İdman Nazirliyi və “Bank Technique”in dəstəyi ilə həyata keçirilib.Sərgi peşəkar, tərcümeyi-halları dünyanın aparıcı informasiya agentlikləri və nəşrlərində qeyd olunan, eləcə də “Washington Post”, “Le Monde”, “Financial Times”, “Guradian”, “Wall Street” və “Stern” kimi nəşrlərlə əməkdaşlıq edən Oksana Yuşko və Artur Bondar kimi Rusiya fotoqraflarının Bakıda keçdikləri bir həftəlik ustad dərslərinin nəticəsi olmuşdur.İçərişəhər… Qədim qalanın divarları içərisinə və bizim ürəyimizin içərisinə salınmış İçərişəhər... O, içimizdə xatirələr oyadan rənglər və səslərlə doludur… Onun dar küçələri və tikililəri həyatın ən əsas anları haqqında xatirələri özündə yaşadır… Hər birimizin bu cür xüsusi şəhərimiz vardır, elə alışdığımız şəhər mənzərəsinə çox fərdi olan baxışımız kimi.Ustad dərslərinin 18 iştirakçısından hər biri adətən yad gözlərdən gizli olan və təxəyyülümüzün ehtiyatla qoruduğu Bakını üzə çıxarıb təsvir etməyə çalışmışdır.Sərgi 2011-ci ildə Azərbaycan rəssamlarının maraqlarını ölkə və dünya səviyyəsində uğurla təmsil edən “YARAT!” qeyri-kommersiya təşkilatının bu il fəaliyyətə başlayan, müasir və klassik incəsənətin müxtəlif üslublarının birləşdiyi məkan rolunu oynayan “Natəvan” Qalereyası ilə ilk əməkdaşlıq təcrübəsi olacaqdır.Azərbaycanlı rəssamların geniş seçimdə sənət işləri nümayiş etdirilən sərgilərdən əlavə, qalereyada təqdimatlar və ustad dərslərinin keçirilməsi də planlaşdırılmışdır.Oktyabrın 31-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

OXŞAR XƏBƏRLƏR