Danimarkada aparılan araşdırma göstərib ki, yaxınını itirən və uzun müddət yüksək səviyyədə yas keçirən şəxslərdə ölüm riski 88 faiz daha yüksəkdir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alimlər bu vəziyyəti əsasən ürək-damar xəstəlikləri və psixi pozuntularla əlaqələndirirlər.
Araşdırma çərçivəsində 2012-ci ildən bəri orta yaş həddi 62 olan 1735 nəfər 10 il ərzində izlənilib. İştirakçıların əksəriyyəti həyat yoldaşını və ya valideynini itirib. Yüksək yas əlamətləri olan şəxslərin həm tibbi yardım axtarma ehtiyacı artıb, həm də ölüm riski əhəmiyyətli dərəcədə yüksəlib.
Araşdırma rəhbəri Dr. Mette Kjærgaard Nielsen bildirib ki, risk altındakı şəxslər ailə həkimləri tərəfindən erkən mərhələdə müəyyən olunaraq psixoloji dəstəyə yönləndirilə bilər.
Oksana