Yasa gəlib, striptiz göstərib getdilər (VİDEO)

MARAQLI
06:21 17.07.2011
2248

 Yas mərasiminin müəyyən məqamında mərhumun ailə üzvlərindən biri bərk səslə deyir: "Xanımlar, ölünün ruhu üçün soyunun!".

Tayvanlıların çoxu bu yeni dəbi biabırçılıq və rəzalət hesab etsə də, ölünü lüt qızlarla yola salmağı "axirətə gedəni şənləndirmək" təki yaxşı dəb sayanlar da var.

ABŞ-ın Cənubi Karolina Universitetinin antropoloqu Maksim Moskovits bu dəbə "Ölülər üçün rəqslər: Tayvandakı matəm striptizçiləri" adlı film də həsr edib.
Moskovitsin dediyinə görə, yas mərasiminə "Electric Flower Cars" çağırmaq Tayvan kəndlərində geniş yayılmış ənənədir.

"Matəm zamanı striptizçi qadınların heç biri lüt soyunmamışdı. Sonra anladım ki, onlar mənə görə ehtiyat edirdilər. Adətən isə Tayvan kəndlərindəki yaslara çağırılıb rəqs edən striptizçi qadınlar "mərhumun şərəfinə" lüt soyunurlar", - amerikalı antropoloq söyləyib.

"Electric Flower Cars" ənənəsi Tayvanda 1980-ci illərin əvvəllərində peyda olub.
Tayvanlılar hesab edirlər ki, ölünü o dünyaya lüt qadınların rəqsi ilə yola salmaq mərhumun ruhunu qarşılayan qoca ruhları əyləndirmək üçündür. Belədə mərhumun ruhu o dünyaya daha tez alışır.

Bəzi tayvanlılar isə deyirlər ki, tanrılar panteonunda aşağı pillələrdə duranlar bir qayda olaraq, adi insanların ruhlarıdır və belə rəqslər də məhz onlar üçündür.

Daha bir səbəb odur ki, Tayvanda yas mərasiminə yığılan insanların sayı mərhuma olan sayğının göstəricisidir. Bu səbəbdən də ölü yiyəsi yasa mümkün qədər çox adam toplamaq üçün hər vasitəyə əl atırlar /// azadqadin.az

 

OXŞAR XƏBƏRLƏR