Yasa gedən COVID xəstəsi saxlanıldı

Yasa gedən COVID xəstəsi saxlanıldı
SOSİAL
13:39 11.12.2021
234
Ağsuda yasa gedən aktiv koronavirus xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Ağsu rayonunda koronavirus infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilən Kəndoba kənd sakini Üzeyir İsmayılovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Belə ki, onun infeksiyaya yoluxduqdan sonra yas mərasiminə getdiyi və oradakı digər şəxslərin də sağlamlığı üçün real təhlükə yaratdığı məlum olub.

Ü.İsmayılov barəsində cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR