Yasamal rayonunda 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Yasamal rayonunda 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
KRİMİNAL
15:32 09.04.2025
304
Yasamal rayonu ərazisində yerləşən tikintilərin birindən 20 min manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir k, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, orada çalışan 32 yaşlı E.Cabbarov və 27 yaşlı S.Nəsirov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Xəzər rayonu ərazisində bir nəfərə məxsus "Mercedes” markalı avtomobildən 3500 manat dəyərində mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmənin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR