Yasamalda 18 yaşlı gənc başından bıçaqlandı

KRİMİNAL
10:55 12.08.2016
1895

Bakının Yasamal rayonunda 18 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb.

AZXEBER.COM Report-a istinadən məlumatına görə, ötən gün Məmməd Rahim küçəsi, 20 ünvanında naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini, 18 yaşlı Vüsal Hüseynovun baş nahiyəsinə bıçaqla xəsarət yetirib. V.Hüseynov tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR