BAKU AZƏRBAYCAN
9°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Yasamalda 64 yaşlı kişini maşın vurdu, vəziyyəti ağırdır

Yasamalda 64 yaşlı kişini maşın vurdu, vəziyyəti ağırdır
SOSİAL
11:22 23.02.2020
2419
Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. 

Belə ki, Şərifzadə küçəsində yolu keçən 1956-cı il təvəllüdlü Məmmədov Tahir Əli oğlunu minik avtomobili vurub. 

Nəticədə piyada ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. 

Ona qapalı kəllə-beyin travması qoyulub və vəziyyəti ağır olduğuna görə reanimasiyaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR