Yasamalda ağaclar kəsildi - İş hüquq-mühafizə orqanlarına göndərilir

Yasamalda ağaclar kəsildi - İş hüquq-mühafizə orqanlarına göndərilir
SOSİAL
14:49 22.07.2024
243
Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsi, 1 ünvanında bir neçə ağac kəsilib.
 
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
 
Bildirilib ki, faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
OXŞAR XƏBƏRLƏR