Yasamalda avtomobil ahıl qadını vuraraq xəsarət yetirdi

Yasamalda avtomobil ahıl qadını vuraraq xəsarət yetirdi
SOSİAL
14:38 28.05.2021
294
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Əsədova Qərənfil Oruc qızı yol gedərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.
OXŞAR XƏBƏRLƏR