Yasamalda dərəbəylik

Yasamalda dərəbəylik
MARAQLI
11:15 03.05.2011
2417

Metronun “İnşaatçılar” stansiyasının ətrafı əsl bazara dönüb. Ərazidə dəhşətli vəziyyət hökm sürür. Stansiyaya doğru aparan yol ticarətçilər tərəfindən sözün əsl mənasında zəbt edilib. Stansiyanın dörd bir yanı – səki, yolun kənarları, stansiyanın girişi-çıxışı hər tərəf piştaxtaların əhatəsindədir.

Hətta tamah o həddə çatıb ki, hardan gətirildiyi, harada yetişdirildiyi bəlli olmayan çiyələkləri satan yolun düz ortasında stul qoyub oturub. Paytaxt sakinləri bu biabırçılığın şahididir. Nabələd bir insan orada metro stansiyası olduğunu heç vaxt zənn edə bilməz. Elə biləcək ki, ora bazardır. Özü də təkcə ərzaq, meyvə-tərəvəz bazarı yox, həm də təsərrüfat malları, geyim bazarı. Çünki o ərazidə hər şey satılır. Avtobusdan düşüb metroya daxil omlaq istəyən haradan addımlayacağını kəsdirə bilmir. İnsanlar piştaxtaların arası ilə birtəhər hərəkət edib metronun girişinə yaxınlaşırlar. Antisanitariya baş alıb gedir. Axşamüstü lap dəhşətli mənzərə yaranır. Səki meyvə-tərəvəz çürükləri, boş qutular, cırılmış kardon parçaları ilə dolu olur. Bu mənzərə satıcıların meyvə-tərəvəzi hansı şərtlər altında satdıqları barədə də aydın təsəvvür yaradır. Heç bir sanitar şəraiti olmayan yerdə istənilən yoluxucu xəstəliyə tutulmaq mümkündür. Satıcıların üst-başından çirk yağır. Meyvə-tərəvəzi necə gəldi, harda gəldi satırlar. Biri tərəzini ayağının altına qoyur, biri avtomobilin baqajında oturub alver edir. Bu insanlara satışla məşğul olmaq hüququnu kim verir? İstehsalçısı məlum olmayan ərzaqlar yerli məhsul adı altında satılır. Alıcıya çürük meyvə-tərəvəzi sırımaq bir yana, üstəlik çəkidə də aldadırlar. Etiraz edənə isə bəlli bir cavab var: “Get, kimə istəyirsən, de. Haqqımı verib oturmuşam burda”. Ətrafda dolaşan polislər isə sanki bu biabırçı mənzərəni görmür, satıcıların yanından eyhamla keçib, göz-qaş eləyirlər. Ərazidə sözün əsl mənasında dərəbəylik hökm sürür.

Dünən məsələ ilə əlaqədar Bakı şəhər Ticarət və Xidmət Departamentinə müraciət etdik. Departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov nəinki sözügedən ərazidə, ümumiyyətlə, paytaxtda küçə ticarətinin qadağan olunduğunu dedi:

- “İnşaatçılar” metrostansiyasının üzərində təşkil olunmuş küçə ticarətinə biz icazə verməmişik. Nəinki orada, ümumiyyətlə, Bakının heç bir ərazisində küçə ticarətinə icazə yoxdur. Bakı şəhər İcra Hakimiyyəti küçə ticarətinə qadağa qoyub. 2001-ci ildən bu qadağa qüvvədədir. Yadınızdadırsa, ötən il cənab Prezident də çıxışında küçə ticarətinin ləğvi barədə danışdı. O gündən BŞİH küçə ticarətinə birdəfəlik son qoyub. Departament də BŞİH-nin bir qurumudur. Belə olduğu halda biz necə kiməsə satış üçün icazə verə bilərik?!. Əlbəttə, oradakı küçə ticarəti tamamilə qanunsuzdur. Ticarətçilər kim tərəfindən himayə edilir, mən deyə bilmərəm. Amma biz edilən müraciətləri nəzərə alaraq əlaqədar qurumlarla birgə fəaliyyət planı tərtib etmişik. Yaxın günlərdə bunun nəticəsini görəcəksiniz. Orada bir dənə də olsun piştaxta, satış obyekti qalmayacaq. Hamısı yığışdırılacaq.

//”Şərq” qəzeti

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO