Yasamalda ikimərtəbəli evdə yanğın

Yasamalda ikimərtəbəli evdə yanğın
SOSİAL
22:49 20.07.2023
200
Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində ikimərtəbəli evdə yanğın olub.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ümumi həyət tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli evin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 54 m² olan üçotaqlı mənzilin arakəsmə divarı 4 m² və ümumi sahəsi 25 m² olan ikiotaqlı mənzilin plastikdən ibarət giriş qapısı yanıb.

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR