Yasamalda liftlərdən oğurluq edən şəxs saxlanılıb

Yasamalda liftlərdən oğurluq edən şəxs saxlanılıb
KRİMİNAL
11:45 08.12.2025
177
Yasamal rayonu ərazisindəki yaşayış binalarının liftlərindən ayrı-ayrı vaxtlarda oğurluqlar edilməsi  barədə polisə məlumatlar daxil olub.
 
AZXEBER.COM xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Nəsirov müəyyən edilərək saxlanılıb. 

Binəqədi rayonunda isə bir nəfərə məxsus 7000 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə də polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR