Yasamalda yük avtomobilində yanğın oldu, sıxlıq yarandı - FOTO

Yasamalda yük avtomobilində yanğın oldu, sıxlıq yarandı - FOTO
SOSİAL
15:51 28.08.2024
140
Yasamal rayonu, Moskva prospekti (tunelin çıxış hissəsində) hərəkətdə olan yük avtomobilində yanğın baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən hazırda metronun "20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
"Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür", - deyə məlumatda qeyd edilib.

 

OXŞAR XƏBƏRLƏR