Yasamaldan Badamdara gedən ana su borusu PARTLADI– Sakinlər təhlükədən narahatdır

Yasamaldan Badamdara gedən ana su borusu PARTLADI– Sakinlər təhlükədən narahatdır
SOSİAL
22:04 04.05.2025
251
Yasamalda su borusu partladı.

AZXEBER.COM xəbər verir ki, BAKU.WS-in qaynar xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunun Rahib Tağıyev küçəsindən keçən ana su xəttində ciddi nasazlıq yaranıb.

Sakinlərin bildirdiyinə görə, Badamdar qəsəbəsindən gələn və içməli su ilə təchizat üçün istifadə olunan su borusu çürüyüb və artıq istismar müddətini başa vurub.

Onların sözlərinə görə, problemin aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət olunub, lakin köhnə borunun dəyişdirilməsi üçün külli miqdarda pul tələb olunduğu bildirilib. Bu isə sakinlər arasında narazılığa səbəb olub.

Sakinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılması üçün təcili tədbirlər görülməsini tələb edirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
OXŞAR XƏBƏRLƏR