“Yaşamaq, mübarizə aparmaq…” – Xərçəng xəstəliyindən əziyyət çəkən Tünzalə

SOSİAL
15:29 13.09.2018
7854
Əməkdar artist Tünzalə Əliyeva xəstəxanada çəkilən fotosunu yayımlayıb.

AZXEBER.COM-un məlumatına görə, o, xəstəxanada çəkdirdiyi fotosunu İnstagram hesabında paylaşıb. Tünzalə paylaşımına "Yaşamaq, mübarizə aparmaq və gülümsəmək” başlığını yazıb.

Qeyd edək ki, Tünzalənin uşaqlıq yolunda şiş aşkarlanıb və əməliyyat olunub. Hazırda isə onda yenidən şiş aşkarlanıb və müalicə olunur. Tünzalə bildirib ki, kimyaterapiya almağa başlayıb.
 

 


OXŞAR XƏBƏRLƏR