Yaşar Əliyevdən erməni diplomata - CAVAB

Yaşar Əliyevdən erməni diplomata - CAVAB
SİYASƏT
13:55 22.08.2014
1284

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının “Münaqişələrin qarşısının alınması” mövzusunda açıq iclasında çıxış edib. 

AZXEBER.COMAzərtac-a istinadən xəbər verir ki, münaqişələrin qarşısının alınması konsepsiyası ilə beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsi prinsipi arasında sıx qarşılıqlı əlaqə olduğunu vurğulayan Azərbaycan səfiri qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət  beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir.  Y. Əliyev onu da xatırladıb ki, beynəlxalq hüquq nəinki münaqişənin qarşısının alınması və ya tənzimlənməsi üçün müəyyən nəticəyə nail olmağı, həm də və ilk növbədə, son nəticəyə nail olmazdan əvvəl konkret normalarla tam uzlaşan proses getməsini tələb edir. Bu baxımdan vurğulanıb ki, münaqişələrin nizamlanması üzrə müvafiq mexanizmlərdən hüquqa açıq-aydın zidd olan və baş vermiş fakta əsaslanan qərarların təsbit olunması vasitəsi kimi istifadə edilə bilməz. Bu cür qərarları zorla qəbul etdirmək və ya təşviq etmək cəhdləri isə uğursuzluğa məhkumdur və bu cəhdlər möhkəm sülh, uzunmüddətli sabitlik üçün zəruri əsas yaratmağa əsla kömək etməyəcək.

Y.Əliyev təcavüzkar separatizm probleminə hərtərəfli beynəlxalq yanaşmanın zəruriliyini də qeyd edib. Təhlükəsizlik Şurasının diqqəti onun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini, münaqişələrin gedişində törədilmiş cinayətlərə görə məsuliyyət və cəzasızlığa qarşı mübarizə kimi mühüm məsələlərə baxılarkən prinsipial mövqe tutmağın vacibliyinə yönəldilib.

Bundan sonra Ermənistanın daimi nümayəndəsi Zöhrab Mnatsakanyan çıxış edərək Azərbaycan tərəfin arqumentlərinə qarşı heç bir dəlil ilə təsdiqlənməyən standart ittihamlar irəli sürməyə cəhd göstərib. Ermənistan səfirinin çıxışı zamanı Təhlükəsizlik Şurasının üzvlərinin və iclasın digər iştirakçılarının heyrətləndiklərini görmək çətin deyildi.

Yaşar Əliyev cavab bəyanatı ilə çıxış edərək Ermənistan səfirinin beynəlxalq birliyi çaşdırmaq və öz dövlətinin ilhaqçı siyasətindən, Azərbaycan ərazisinin xeyli hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və etnik təmizləməyə məruz qalması faktından yayındırmaq üçün  daha bir uğursuz cəhd göstərməsinə diqqəti cəlb edib.  Yaşar Əliyev çıxışının sonunda deyib: “Danışıqların gedişində Ermənistanın mövqeyinin qeyri-konstruktivliyi, onun mövcud status-kvo vəziyyətini saxlamaqda maraqlı olması, Madrid sülh planına riayət etməkdən boyun qaçırması, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən imtina etməsi, sərt etnik təmizləmə siyasəti, habelə bu yaxınlarda törətdiyi, sülh prosesinin pozulmasına yönəlmiş təhrikçi hərəkətləri – bütün bunlar beynəlxalq birlik tərəfindən Ermənistan barəsində ciddi sanksiyalar tətbiq edilməsi üçün ən mühüm əsasdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmaqda davam etməsi sülh prosesi üçün yenə də çox ciddi təhlükədir. Bununla əlaqədar, ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Ermənistan bunu nə qədər tez etsə, regionda sülhü, sabitliyi və vəziyyətin proqnozlaşdırılan olmasını bir o qədər tez bərpa etmək mümkün olacaqdır”. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO